Bərdə Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib

Bərdə Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib Hazırda onun yerinə təyinat yoxdur
Hadisə
31 Avqust , 2016 15:37
Bərdə Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib

Bərdə. 31 avqust. REPORT.AZ/ Bərdə rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, polis şöbəsinin rəisi Hikmət Quliyev işdən çıxarılıb.

Hazırda onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, H.Quliyev bu vəzifəyə 2011-ci ildə təyinat almışdı.

Son xəbərlər

Orphus sistemi