Bərdə rayonunda naməlum şəxslər evə basqın edib

Bərdə rayonunda naməlum şəxslər evə basqın edib Hadisə gecə saatlarında baş verib
Hadisə
15 Aprel , 2015 15:54
Bərdə rayonunda naməlum şəxslər evə basqın edib

Bakı. 15 aprel. REPORT.AZ/ Bərdənin Türkmən kəndində naməlum şəxslər evə basqın edib. "Report" xəbər verir ki, hadisə gecə saatlarında baş verib. 

Kənd sakini, 1965-ci il təvəllüdlü Çingiz Əli oğlu Əliyevin yaşadığı evə 3 nəfər naməlum şəxslər basqın edərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər. Ev sahibi basqın edən şəxslərin istəyini yerinə yetirməyincə soyğunçular ev sahibini bıçaqla yaralayıblar. Basqınçılar 50 yaşlı Çingiz Əliyevə baş, bel və qarın boşluqlarına bıçaqla bir neçə zərbə vurublar. Yaralı qonşuların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi