Yuxarı

Bərdə rayonunda naməlum şəxslər evə basqın edib

Hadisə gecə saatlarında baş verib

Bakı. 15 aprel. REPORT.AZ/ Bərdənin Türkmən kəndində naməlum şəxslər evə basqın edib. "Report" xəbər verir ki, hadisə gecə saatlarında baş verib. 

Kənd sakini, 1965-ci il təvəllüdlü Çingiz Əli oğlu Əliyevin yaşadığı evə 3 nəfər naməlum şəxslər basqın edərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər. Ev sahibi basqın edən şəxslərin istəyini yerinə yetirməyincə soyğunçular ev sahibini bıçaqla yaralayıblar. Basqınçılar 50 yaşlı Çingiz Əliyevə baş, bel və qarın boşluqlarına bıçaqla bir neçə zərbə vurublar. Yaralı qonşuların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi