“Baron Şəmi” tutulub - FOTO

“Baron Şəmi” tutulub - FOTO Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
Hadisə
7 Yanvar , 2016 15:18
“Baron Şəmi” tutulub - FOTO

Bakı. 7 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan, əvvəllər 6 dəfə məhkum olunmuş, “Baron Şəmi” ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Baxış zamanı ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi