​“Bank of Azerbaijan”a qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb

​“Bank of Azerbaijan”a qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb Qərardad dəyişdirilmədən saxlanılıb
Hadisə
29 Oktyabr , 2015 11:11
​“Bank of Azerbaijan”a qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, SKMF-nin apellyasiya şikayəti təmin edilməyib, qərardad dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə tələb irləli sürüb. Məhkəmədə iddianın təmin tədbiri barədə ərizə təmin edilməyib. Qərarla razılaşmayan Fond apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi