Balakəndə traktorla avtomobil toqquşub, ölən və yaralanan var

Balakəndə traktorla avtomobil toqquşub, ölən və yaralanan var Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Avqust , 2015 13:15
Balakəndə traktorla avtomobil toqquşub, ölən və yaralanan var

Bakı. 10 avqust. REPORT.AZ/ Balakəndə avtomobil ilə traktorun toqquşması nəticəsində bir nəfər ölüb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Balakən rayonunun Katex kəndində rayon sakinləri Anar Davudovun idarə etdiyi "VAZ-21061" markalı avtomobil və Rəşad Duquşovun idarə etdiyi "MTZ-80" markalı traktor toqquşub.

Nəticədə A.Davudov və sərnişini Akif Yetimov xəstəxanaya yerləşdirilib. A.Yetimov avqustun 8-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi