Bakı. 10 avqust. REPORT.AZ/ Balakəndə avtomobil ilə traktorun toqquşması nəticəsində bir nəfər ölüb. "Report"un xəbərinə görə, bu barədə
Məlumata görə, Balakən rayonunun Katex kəndində rayon sakinləri Anar Davudovun idarə etdiyi "VAZ-21061" markalı avtomobil və Rəşad Duquşovun idarə etdiyi "MTZ-80" markalı traktor toqquşub.
Nəticədə A.Davudov və sərnişini Akif Yetimov xəstəxanaya yerləşdirilib. A.Yetimov avqustun 8-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.