Balakəndə 7 bələdiyyə sədri barəsində protokollar tərtib olunub

Balakəndə 7 bələdiyyə sədri barəsində protokollar tərtib olunub Balakəndə 7 kəndin bələdiyyə sədrləri barəsində protokollar tərtib olunub.
Hadisə
30 Avqust , 2023 16:55
Balakəndə 7 bələdiyyə sədri barəsində protokollar tərtib olunub

Balakəndə 7 kəndin bələdiyyə sədrləri barəsində protokollar tərtib olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.

Keçirilən tədbirlər zamanı rayonun Gərəkli, Kortala, İtitala,Tülü, Talalar, Mahamalar və Püştətala kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Aşkar olunmuş faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi