Yuxarı

Balakəndə 30 yaşlı oğlan itkin düşüb - FOTO

Elşən Xipiyev 8 gündür ki, evdən çıxıb və bir daha geri qayıtmayıb

Bakı. 24 mart . REPORT.AZ/ Balakən rayonunda 30 yaşlı oğlan itkin düşüb. “Report” xəbər verir ki, rayonun Qullar kənd sakini 1986-cı il təvəllüdlü Elşən Qurban oğlu Xipiyev 8 gündür ki, evdən çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşənin qardaşı Elçin Xipiyev "Report"a bildirib ki, Elşən Xipiyevin əqli cəhətdən problemi var və heç bir yeri tanımır: "Qardaşım martın 16-da təqribən saat 16:00 radələrində anamdan zorla xarici pasportunu alaraq evdən qaçıb. O, evdən çıxandan  sonra mən onun dalınca küçənin başına avtomobilimlə getsəm də, Elşəni tapa bilmədim. Əgər qardaşım piyada olsaydı mən ona çatardım. Yəqin kiminsə avtomobili ilə oradan uzaqlaşıb. Qardaşımın əqli cəhətdən problemi var və heç bir yeri tanımır. Ona görə də harasa tək başına getməsi inandırıcı görünmür. Evdən çıxanda cibində pulu olmayıb".

Faktla bağlı Xipiyevlər ailəsi Balakən Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. Balakən RPŞ-nin rəis müavini Nicat Vəliyevin "Report"a verdiyi məlumata görə Elşən Xipiyevin təxirəsalınmaz axtarışlarına başlanılıb: "Onun evdən gedərkən xarici pasportu özü ilə götürməsinə görə xarici ölkəyə gedib-getməməyi araşdırılır. Hazırda ölkədaxili axtarış tədbirləri davam etdirilir. Yaxın günlərdə sərhəddi keçib-keçməməyi məlum olacaq. Əgər qonşu ölkələrə keçibsə, ölkə xaricində də axtarışlarına başlanılacaq".

Qeyd edək ki, Elşən Xipiyev evdən çıxarkən əynində qara gödəkcə, qara jaket, göy şalvar və ayağında qara ayaqqabı olub. Ailə üzvləri onu görənlərdən, yerini bilənlərdən bu aşağıdakı nömrələrə zəng edərək məlumat vermələrini xahiş edir.

050-337-85-83

050-671-89-58

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər