Bakıdakı məktəblərdən birinin yaxınlığında bıçaqlanma hadisəsi olub

Bakıdakı məktəblərdən birinin yaxınlığında bıçaqlanma hadisəsi olub Paytaxt sakini naməlum şəraitdə bıçaqlanıb
Hadisə
12 Sentyabr , 2014 10:31
Bakıdakı məktəblərdən birinin yaxınlığında bıçaqlanma hadisəsi olub
Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, hadisə zamanı 1992-ci il təvəllüdlü Musayev Şükran Səyavuş oğlu naməlum şəraitdə bıçaqlanıb. Hadisə Şövkət Ələkbərova-2 ünvanında yerləşən 6 saylı orta məktəbin yaxınlığında baş verib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ş.Musayeva xəstəxananın reanimasiya şöbəsində olduğundan polislər hələlik onun izahatını ala bilməyiblər.

Faktla bağlı Səbail RPİ əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Cinayəti törədən şəxsin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi