Bakıdakı kafelərdən birində bıçaqlanma hadisəsi olub

Bakıdakı kafelərdən birində bıçaqlanma hadisəsi olub Cinayətdə şübhəli bilinən Tərtər rayon sakini 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub
Hadisə
20 Oktyabr , 2014 11:15
Bakıdakı kafelərdən birində bıçaqlanma hadisəsi olub
Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıdakı kafelərdən birində bıçaqlanma hadisəsi olub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, oktyabrın 19-da Z.Bünyadov prospektində kafedə naməlum şəxs Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaq xəsarəti yetirib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tərtər rayon sakini 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi