Bakı. 8 sentyabr.REPORT.AZ/ Bakının Nəsimi rayonunda vətəndaşa məxsus avtomobil qaçırılıb. Bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 6-da Bakı şəhər sakini Elşən Zaqarov ərizə ilə Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu polis bölməsinə müraciət edərək bildirib ki, avqustun 22-də ona məxsus "Mercedes" markalı avtomobil Moskva prospekti 58-in qarşısından yoxa çıxıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Oktay Quliyev R.Behbudov küçəsində qaçırılan avtomobili idarə edərkən Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-yə təqdim olunub.