Bakıda avtomobil oğrusu tutulub

Bakıda avtomobil oğrusu tutulub Hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini saxlanılıb
Hadisə
8 Sentyabr , 2014 11:08
Bakıda avtomobil oğrusu tutulub

Bakı. 8 sentyabr.REPORT.AZ/ Bakının Nəsimi rayonunda vətəndaşa məxsus avtomobil qaçırılıb. Bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 6-da Bakı şəhər sakini Elşən Zaqarov ərizə ilə Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu polis bölməsinə müraciət edərək bildirib ki, avqustun 22-də ona məxsus "Mercedes" markalı avtomobil Moskva prospekti 58-in qarşısından yoxa çıxıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Oktay Quliyev R.Behbudov küçəsində qaçırılan avtomobili idarə edərkən Bakı şəhər  Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-yə təqdim olunub.

İngilis versiyası Car thief arrested in Baku

Son xəbərlər

Orphus sistemi