Bakıdakı qəbiristanlıqlardan birində silah-sursat tapılıb

Bakıdakı qəbiristanlıqlardan birində silah-sursat tapılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Mart , 2016 12:15
Bakıdakı qəbiristanlıqlardan birində silah-sursat tapılıb

Bakı. 16 mart. REPORT.AZ/ Nardaran qəsəbəsində qəbiristanlıqda silah-sursat tapılıb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayonun Nardaran qəsəbəsindəki qəbiristanlıqda “Makarov” markalı tapança, 7 ədəd patron və patron darağı tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi