Bakı. 16 mart. REPORT.AZ/ Nardaran qəsəbəsində qəbiristanlıqda silah-sursat tapılıb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayonun Nardaran qəsəbəsindəki qəbiristanlıqda “Makarov” markalı tapança, 7 ədəd patron və patron darağı tapılıb.
Faktla bağlı araşdırma aparılır.