Bakıda zəncirvari qəza baş verib: sürücülərdən biri ölüb
Hadisə
- 09 fevral, 2015
- 08:24
Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda, “Koroğlu” metrosunun yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Bakı şəhər sakinləri – 1969-cu il təvəllüdlü Xudaverdi Sadıqovun idarə etdiyi “Mitsubishi” markalı, 1957-ci il təvəllüdlü Nazim Əliyevin idarə etdiyi “Mercedes” markalı və 1967-ci il təvəllüdlü Bəhruz Rüstəmovun idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşub. Nəticədə B.Rüstəmov hadisə yerində ölüb, “Mercedes” markalı avtomobilin sərnişini Sevda Əliyeva xəstəxanaya daxil olaraq ambulator müalicədən sonra evə buraxılıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsində (PB) araşdırma aparılır.
Son xəbərlər
02:18
ABŞ və müttəfiqləri Yaxın Şərqdən Hind-Sakit Okean regionuna keçir
Digər ölkələr02:01
Pezeşkian Yaxın Şərqi yenidən qurmaq təklifi edib
Digər ölkələr01:52
Türkiyə XİN İsrailin Suriyanın cənubuna hücumunu qınayıb
Region01:35
Vuçiç taktiki nüvə silahından istifadənin mümkünlüyünü istisna etməyib
Digər ölkələr01:03
İsrailin Livana hücumlarında ölənlərin sayı min nəfəri ötüb
Digər ölkələr00:39
Tramp İrana qarşı müharibənin nə zaman bitəcəyini açıqlayıb
Digər ölkələr00:02
CBS: Pentaqon İrana qoşun yeritmək üçün ətraflı hazırlıqlar görür
Digər ölkələr23:53
Ağdaşda avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və yaralı var
Hadisə23:50