​Bakıda zavod və idman zalında yanğın hadisələri baş verib

​Bakıda zavod və idman zalında yanğın hadisələri baş verib Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
22 Mart , 2015 13:41
​Bakıda zavod və idman zalında yanğın hadisələri baş verib

Bakı. 22 mart. REPORT.AZ/ Bakının Yasamal və Qaradağ rayonları ərazisində yanğın hadisələri qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Yasamalda birmərtəbəli idman zalının zirzəmisində olan qazanxanada 30 ədəd elektrik qoruyucusu və elektrik naqilləri yanıb.

Qazanxananın qalan hissəsi və idman zalı yanğından mühafizə olunub.

Digər yanğın Qaradağ rayonunda zavod ərazisində qeydə alınıb. Zavoddakı işıq generatorunun yanar hissələri yanıb. Ərazidəki obyektlər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi