Yuxarı

​Bakıda zavod və idman zalında yanğın hadisələri baş verib

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub

Bakı. 22 mart. REPORT.AZ/ Bakının Yasamal və Qaradağ rayonları ərazisində yanğın hadisələri qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Yasamalda birmərtəbəli idman zalının zirzəmisində olan qazanxanada 30 ədəd elektrik qoruyucusu və elektrik naqilləri yanıb.

Qazanxananın qalan hissəsi və idman zalı yanğından mühafizə olunub.

Digər yanğın Qaradağ rayonunda zavod ərazisində qeydə alınıb. Zavoddakı işıq generatorunun yanar hissələri yanıb. Ərazidəki obyektlər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi