Bakıda uşaq sanatoriyasında yanğın baş verib, 24 nəfər təxliyə edilib

Bakıda uşaq sanatoriyasında yanğın baş verib, 24 nəfər təxliyə edilib Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
8 Yanvar , 2016 19:45
Bakıda uşaq sanatoriyasında yanğın baş verib, 24 nəfər təxliyə edilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakı şəhərində uşaq sanatoriyasında yanğın baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, paytaxtın Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı “Somatik” uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan 1 ədəd “SAMSUNG” markalı kondisioner əriyib. 

Yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi