Bakıda üç cinayətdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

Bakıda üç cinayətdə təqsirləndirilən şəxsin cəzası azaldılıb Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
15 Sentyabr , 2016 10:29
Bakıda üç cinayətdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda, soyğunçuluqda və narkotik vasitələri saxlamaqda təqsirləndirilən Vüqar Yaqub oğlu Nəsibovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Nəsibovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib.

Qeyd edək ki, V.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törəldildikdə) 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Nəsibov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi