​Bakıda şirkətdən 450 min dollar oğurlayan şəxslərə hökm oxunub

​Bakıda şirkətdən 450 min dollar oğurlayan şəxslərə hökm oxunub Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən proses başa çatıb
Hadisə
21 İyul , 2016 17:18
​Bakıda şirkətdən 450 min dollar oğurlayan şəxslərə hökm oxunub

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayət Məhkəməsində oğurluqda təqsirləndirilən Pərviz Əliyev, Ramin Məhərrəmov, Əli Əhmədov və Müşfiq Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə P.Əliyevlə Ə.Əhmədovun hər biri 13 il 6 ay, R.Məhərrəmovla M.Hadıyevin isə hər biri 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Binəqədi rayonunda yerləşən “Renesans İnşaat MTK”nın ofisinə qanunsuz daxil olaraq, oradan içərisində 450 min ABŞ dolları pul olan dəmir seyfi gizli yolla talayan dəstənin 4 üzvü saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan P.Əliyev, R.Məhərrəmov, Ə.Əhmədov və M.Hadıyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi