Bakıda şirkət rəhbəri 217 min dollarlıq dələduzluqda ittiham olunur - FOTO

Bakıda şirkət rəhbəri 217 min dollarlıq dələduzluqda ittiham olunur - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Avqust , 2016 11:22
Bakıda şirkət rəhbəri 217 min dollarlıq dələduzluqda ittiham olunur - FOTO

Bakı. 10 avqust. REPORT.AZ/ Bakıda şirkət rəhbəri dələduzluqda ittiham olunur.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini 33 yaşlı C.İ. hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, carı ilin may ayında 31 yaşlı P.Q. onu aldadaraq şirkətə şərik edəcəyi adı ilə 217 min ABŞ dolları pulunu alıb.

Faktla bağlı araşdırma aparılır.

“VİP Təmir-Tikinti Quraşdırma” MMC-nin təsisçisi Pərviz Quliyev isə “Report”a açıqlamasında C.İsmayılov adlı şəxsə borclu olmadığını bildirib: “Nəinki ona, ümumiyyətlə Azərbaycanda heç kimə borcum yoxdur”.

Son xəbərlər

Orphus sistemi