Bakıda silsilə oğurluq edənlər məhkəməyə müraciət ediblər

Bakıda silsilə oğurluq edənlər məhkəməyə müraciət ediblər İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq
Hadisə
20 Avqust , 2016 09:56
Bakıda silsilə oğurluq edənlər məhkəməyə müraciət ediblər

Bakı. 20 avqust. REPORT.AZ/ Bakıda oğurluqda təqsirləndirilən İntizar Ağayev, Vüqar Qurbanov və Nurbəxşin Şirəliyev barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 24-nə təyin edilib.

İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il fevral ayının 1-də Bakı şəhər sakinləri İ.Ağayev, V.Qurbanov və N.Şirəliyev Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Alış Nağıyev, Amil Xankişiyev, Əlisəfa Mustafayev, Aytəkin Piriyeva, Əlislam Qasımov və Ramin Əbilova məxsus ev və avtomobillərdən pul, qızıl əşya və sənəd oğurlamaları, Famil Xankişiyevin evindən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Bu il iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qurbanovla N.Şirəliyevin hər biri 8 il 6 ay və İ.Ağayev isə 7 il isə müddətində azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi