Bakıda sərnişin avtobusu qəzaya düşüb, ölən var

Bakıda sərnişin avtobusu qəzaya düşüb, ölən var Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
26 May , 2016 11:34
Bakıda sərnişin avtobusu qəzaya düşüb, ölən var

Bakı. 26 may. REPORT.AZ/ Bakıda minik avtomobili ilə avtobus toqquşub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisindəki Yeni dairəvi yolda qeydə alınıb.

Belə ki, mayın 25-də saat 13 radələrində Yasamal rayonu ərazisindəki Yeni dairəvi yolda Sumqayıt şəhər sakini Natiq Eminov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Salyan rayon sakini Rafiq Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobusa vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş N.Eminov orada ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi