​Bakıda səfirliyin avtomobili qəzaya uğrayıb

Hadisə
  • 13 fevral, 2016
  • 06:29
​Bakıda səfirliyin avtomobili qəzaya uğrayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda səfirliyə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Füzuli küçəsi 63-ün qarşısında Qazaxıstan səfirliyinə məxsus Qazaxıstan vətəndaşı Nazgül Aripovanın idarə etdiyi “Mercedes B-Klass” markalı maşınla Bakı şəhər sakini Cavid Səfərlinin idarə etdiyi “Kia-Optima” markalı avtomobil toqquşub.

Qəza zamanı sürücülərdən xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, qəza N.Aripovanın deyil, C.Səfərlinin səhvi ucbatından baş verib.

Son xəbərlər

Bütün Xəbər Lenti