​Bakıda quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

​Bakıda quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 İyul , 2016 16:23
​Bakıda quldurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 1 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Zamiq Paşayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z.Paşayev ötən ilin sentyabr ayının 8-də İbrahim Həmidlinin 85 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinib. O, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Son xəbərlər

Orphus sistemi