Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda quldurluq edən Cəlilabad rayon sakinləri saxlanılıb."Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail rayonunun Neftçilər prospektində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Kənan Bəbirova zor tətbiq edərək 10 manat pulunu alıb hadisə yerini tərk ediblər. Səbail Rayon Polis İdarəsi, 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Cəlilabad rayon sakinləri Tural Abbasov və Niyazi Musayev tutulub. Ətraflı araşdırmalar zamanı onların həmin gün Adil Mustafayevə qarşı da quldurluq edərərk zərərçəkənin 3 manat pulunu əlindən almaları müəyyən edilib.
Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.