Bakıda qonşusunun evindən dəfələrlə oğurluq edən şəxs saxlanılıb - FOTO

Bakıda qonşusunun evindən dəfələrlə oğurluq edən şəxs saxlanılıb - FOTO Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb
Hadisə
13 Oktyabr , 2016 14:12
Bakıda qonşusunun evindən dəfələrlə oğurluq edən şəxs saxlanılıb - FOTO

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda qonşusunun evindən dəfələrlə oğurluq edən şəxs saxlanılıb.

 "Report" un xəbərinə görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinin (PB) əməkdaşları oğurluq əməlinə görə əvvəllər dəfələrlə məhkum olunan Bakı şəhər sakini Bijdeley Viktor Vladimiroviçi tutub.

Məlum olub ki, V.Bijdeley qonşusunun evindən ayrı-ayrı vaxtlarda 3 dəfə oğurluq edib. Qonşunun həmin evdə mütamadi yaşamadığından xəbardar olan V.Bijdeley oradan, müxtəlif məişət əşyaları, televizor və noutbuk oğurlayraq satıb.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi