Bakıda qadına qarşı soyğunçuluq cəhdi olub

Bakıda qadına qarşı soyğunçuluq cəhdi olub Araşdırmalar davam etdirilir
Hadisə
16 Sentyabr , 2016 15:37
Bakıda qadına qarşı soyğunçuluq cəhdi olub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakıda qadına qarşı soyğunçuluq cəhdi olub.

“Report” DİN-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs qəsəbə sakini Şəlalə Xasıyevaya zor tətbiq edərək çantasını almağa cəhd göstərib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elxan Nuriyev tutulub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi