​Bakıda qadına qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Bakıda qadına qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib
Hadisə
7 May , 2016 09:11
​Bakıda qadına qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 7 may. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Bahəddin Ələkbər oğlu Ələkbərov, Camal Əhmədəli oğlu Allahverdiyev və Mehdi İsmayıl oğlu Məmmədov barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, M.Məmmədov tanışları B.Ələkbərov və C.Allahverdiyevlə birgə Bakı şəhərində 56 min manata mənzil alıb və daha sonra həmin mənzili Gürcüstan vətəndaşı Cəmilə Məmmədovaya 70 min manata satıb. Həmin zaman C.Məmmədova ilə M.Məmmədov qeyri-rəsmi nikahda yaşayıb. Daha sonra həmin qadın mənzilin 56 min manata alındığı və ona baha - 70 min manata satıldığından xəbər tutub. O, M.Məmmədov və digər şəxslərdən pulunun geri qaytarılmasını tələb edib. Həmin şəxslər qadına evi ona satdıqlarını və pulu geri qaytarmayacaqlarını deyib. Bu zaman C.Məmmədova ilə M.Məmmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı M.Məmmədov qadını döyüb. C.Məmmədova döyülmə nəticəsində xəsarət alıb və xəstəxanada müayinə olunub. Bundan sonra qadın həmin şəxslər barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında M.Məmmədov, B.Ələkbərov və C.Allahverdiyev həbs edilib. B.Ələkbərov və C.Allahverdiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), M.Məmmədov isə 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-ci (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunub. Bu il fevral ayının 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə M.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxşlər barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs və məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi