Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb - YENİLƏNİB

Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb - YENİLƏNİB Kəlbəcərin Qamışlı kəndi ərazisində “Volvo” markalı yük maşını aşıb.
Hadisə
1 May , 2024 15:34
Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb - YENİLƏNİB

Kəlbəcər rayonu Qamışlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Volvo" markalı yük maşınının aşması nəticəsində Türkiyə vətəndaşı, 1989-cu il təvəllüdlü Uysal Emrah aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış. Hadisə zamanı avtomobildə başqa şəxs olmayıb.

14:54

Kəlbəcərin Qamışlı kəndi ərazisində “Volvo” markalı yük maşını aşıb.

“Report” xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Ölən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi