Bakıda polis əməkdaşlarına atəş açan şəxsin məhkəməsi başlayıb

Bakıda polis əməkdaşlarına atəş açan şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası oktyabrın 27-nə təyin edilib
Hadisə
20 Oktyabr , 2015 13:29
Bakıda polis əməkdaşlarına atəş açan şəxsin məhkəməsi başlayıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarını öldürməyə cəhddə təqsirləndirilən 1989-cu il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkən polis əməkdaşlarının anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Elvin Məmmədov əvvələr oğurluq hadisəsi törətdiyi üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 il 11 ay 28 gün müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən onun barəsində seçilmiş şərti cəza həbs qətimkan tədbiri ilə dəyişdirilib.

E.Məmmədov növbəti dəfə cinayət törətməyə cəhd edərkən isə onu tutmaq istəyən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına atəş açıb.

Son xəbərlər

Orphus sistemi