Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda polis ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb.
Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, M.Mehdiyev Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşıdır. O, həmin bölmənin rəisinin sürücüsü işləyirmiş.