Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü tutulub

Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Dekabr , 2014 12:07
Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü tutulub

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakıda piyadanı vurub hadisə yerini tərk edən sürücü saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 18-də saat 18:20 radələrində, Lökbatan qəsəbəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Binadar Cəfərovu vuraraq hadisə yerini tərk edən, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Əfqan Sadikovun idarə etdiyi “İsuzu” markalı 205 saylı sərnişin avtobusu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi