Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Bakı
“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Daha sonra zərərçəkənlər - Sail Bədəlli, Rüfanə Bədəlli, şahidlər Şakir Sarıyev, Anar Əliyev, Sahil Vəliyev və təqsirləndirilən şəxs ifadə verib.
T.Yusubov dindirilən zaman təqsirli olduğunu etiraf edib.
Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, bu il T.Yusubovun yol qəzası törətməsi nəticəsində 1 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb.
O, Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.