Bakıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb - FOTO

Bakıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb - FOTO Gülnar adlı qadının isə axtarışına başlanılıb
Hadisə
5 Oktyabr , 2016 17:39
Bakıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb - FOTO

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda biri qadın olmaqla üç nəfərlik qrup bir neçə mağazanı qarət edib.

Bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Məlumata görə, Binəqədi rayonu ərazisində Mürvət Talıbova məxsus mağazadan oğurluq edilib.

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən əvvələr məhkum olunan Kəlbəcər rayon sakini Vidadi Quliyev saxlanılıb. V.Quliyev ifadəsində bundan öncə 5 mağazadan oğurluq etdiyini etiraf edib. O, bu əməlləri Sadiq Mustafayev və Gülnar adlı xanımla birgə etdiyini bildirib. Buna görə də Sadiq Mustafayev tutularaq istintaqa təhvil verilib.

Hazırda Gülnar adlı qadının axtarışına başlanılıb.

Son xəbərlər

Orphus sistemi