Bakıda minik avtomobili aşıb, xəsarət alan var - FOTO - VİDEO

Bakıda minik avtomobili aşıb, xəsarət alan var - FOTO - VİDEO Nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Hadisə
10 Oktyabr , 2016 14:01
Bakıda minik avtomobili aşıb, xəsarət alan var - FOTO - VİDEO

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakıda minik avtomobili aşıb, xəsarət alan var.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən "KİA" markalı avtomobil "NİVA" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "NİVA" markalı avtomobil aşıb. Yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Aşan avtomobilin sürücüsü bədən xəsarətləri alıb.

"NİVA" markalı avtomobil hadisə şahidlərinin və Yol Patrul Xidməti (YPX) əməkdaşlarının köməkliyi ilə yol qırağına çəkilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi