Bakı. 16 avqust. REPORT.AZ/ Bakının Nizami rayonunda mənzildən oğurluq olub.
“Report”un xəbərinə görə, rayonun M.Hüseyn küçəsi ev 6A mənzil 35 ünvanında yaşayan 51 yaşlı Ceyhun Allahverdiyevə məxsus mənzildən açarseçmə yolu ilə 10 min manat dəyərində qızıl-zinət əşyaları, televizor, iki ədəd kompüter və iki ədəd mobil telefon oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.