Bakı. 23 may. REPORT.AZ/ Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, rayonun Nəsrəddin Tusi küçəsi, ev 49, mənzil 40 ünvanında yaşayan 1951-ci il təvəllüdlü Fizuli Hacıyev evdə olmadığı zaman naməlum şəxslər pəncərənin dəmir barmaqlıqlarını sındıraraq oradan 10 000 manat pul və qızıl-zinət əşyaları oğurlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.