​Bakıda mənzildən 10 min manat və qızıl-zinət əşyaları oğurlanıb

​Bakıda mənzildən 10 min manat və qızıl-zinət əşyaları oğurlanıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
23 May , 2016 17:13
​Bakıda mənzildən 10 min manat və qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 23 may. REPORT.AZ/ Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayonun Nəsrəddin Tusi küçəsi, ev 49, mənzil 40 ünvanında yaşayan 1951-ci il təvəllüdlü Fizuli Hacıyev evdə olmadığı zaman naməlum şəxslər pəncərənin dəmir barmaqlıqlarını sındıraraq oradan 10 000 manat pul və qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi