Bakıda mənzildə köməksiz qalan azyaşlı uşaq xilas edilib

Bakıda mənzildə köməksiz qalan azyaşlı uşaq xilas edilib Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb
Hadisə
22 Noyabr , 2014 04:58
Bakıda mənzildə köməksiz qalan azyaşlı uşaq xilas edilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilə eyvandan daxil olublar. Mənzildə nəzarətsiz qalan uşaq aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 02:44-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi