Yuxarı

Bakıda mənzildə köməksiz qalan azyaşlı uşaq xilas edilib

Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilə eyvandan daxil olublar. Mənzildə nəzarətsiz qalan uşaq aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 02:44-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi