​Bakıda marixuana satan şəxsə hökm oxunub

​Bakıda marixuana satan şəxsə hökm oxunub Elsevər Osmanov 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
24 Noyabr , 2015 13:29
​Bakıda marixuana satan şəxsə hökm oxunub

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Osmanov Elsevər Durmuş oğlunun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Osmanov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Elsevər Durmuş oğlu Osmanov saxlanılıb. Ondan 1 kiloqram 50 qram marixuana götürülüb. 

Son xəbərlər

Orphus sistemi