Bakıda “Land Cruiser” iki piyadanı vuraraq öldürüb

Bakıda “Land Cruiser” iki piyadanı vuraraq öldürüb Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
19 Noyabr , 2015 12:17
Bakıda “Land Cruiser” iki piyadanı vuraraq öldürüb

Bakı. 19 noyabr. REPORT.AZ/ Xəzər rayonunun Buzovna qəsəbəsində avtomobil iki piyadanı vurub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub. Nəticədə, hər iki piyada aldıqları xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi