Azərbaycanlı jurnalist Bakıda küçədə yıxılaraq dünyasını dəyişib - YENİLƏNİB- FOTO

Azərbaycanlı jurnalist Bakıda küçədə yıxılaraq dünyasını dəyişib - YENİLƏNİB- FOTO "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayev qəfildən huşunu itirərək yıxılıb və dünyasını dəyişib
Hadisə
16 Yanvar , 2016 14:14
Azərbaycanlı jurnalist Bakıda küçədə yıxılaraq dünyasını dəyişib - YENİLƏNİB- FOTO

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakıda küçədə qəfildən huşunu itirərək yıxılıb dünyasını dəyişən şəxsin kimliyi məlum olub. 

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, küçədə dünyasını dəyişən şəxs jurnalist Sabir Mustafayevdir. O, "Respublika" qəzetinin əməkdaşı imiş. Altmış yaşlı S.Mustafayevin Cəlilabad rayonunda doğulub. 

Hadisə yerinə "Respublika" qəzetinin redaktoru da gəlib. 

Mərhumun meyiti morqa aparılıb. 

*** 13:36

Bakıda küçədə ölüm hadisəsi baş verib. 

"Report"un məlumatına görə, günorta saatlarında metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında təxminən 65-70 yaşlı kişi qəfildən huşunu itirərək yıxılıb. 

Yaxınlıqda olan adamlar hadisə yerinə təcili tibbi yardım çağırıblar. Lakin həkimlər hadisə yerinə gələndə artıq gec olub. 

Yaşlı kişi dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi