Bakı. 28 fevral. REPORT.AZ/ Bakının Yasamal və Sabunçu rayonlarında köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas ediblər.
Digər hadisə Sabunçu rayonunda qeydə alınıb. Bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.