​Bakıda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

​Bakıda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib Hadisələr Yasamal və Sabunçu rayonlarında qeydə alınıb
Hadisə
28 Fevral , 2015 04:24
​Bakıda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

Bakı. 28 fevral. REPORT.AZ/ Bakının Yasamal və Sabunçu rayonlarında köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas ediblər.

Digər hadisə Sabunçu rayonunda qeydə alınıb. Bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Son xəbərlər

Orphus sistemi