​Bakıda kişi həyat yoldaşını öldürərək həyətdə basdırıb

​Bakıda kişi həyat yoldaşını öldürərək həyətdə basdırıb Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb
Hadisə
17 Avqust , 2016 10:55
​Bakıda kişi həyat yoldaşını öldürərək həyətdə basdırıb

Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi