Bakıda insan alveri cinayətləri 35,3% azalıb

Bakıda insan alveri cinayətləri 35,3% azalıb Hədə-qorxu ilə tələb etmələr 66,6%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 1,2% yaxşılaşıb
Hadisə
22 Aprel , 2015 17:09
Bakıda insan alveri cinayətləri 35,3% azalıb

Bakı. 22 aprel. REPORT.AZ/ Cari ilin I rübündə Bakı şəhərində DİN və Prokurorluq üzrə ümumən 2.933 (ötən il 2.957) cinayət qeydə alınıb, onların 2.402-si və ya 81,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 531-i və ya 18,1%-i isə ağır və xüsusilə ağır cinayətlər olub.

“Report”un xəbərinə görə, bu barədə aprelin 22-də Bakı Şəhər Baş Polis İdarəsində (BPİ) keçirilən 2015-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Bakı Şəhər BPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidovun iştirakı ilə keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 7%, az ağır cinayətlər 5,9%, böyük ictimai təhlükə törətməyən cinayətlər 4%, mülkiyyət əleyhinə cinayətlər 0,2%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluğu 3,8 dəfə, xüsusi əmlak oğurluğu 10,7%, mənzillərdən oğurluq 11,4%, avtonəqliyyat oğurluğu 11,1%, insan alveri cinayətləri 35,3% azalıb, xuliqanlıq cinayətləri isə sabit qalıb.

Ümumi cinayətlərin 68,7%-nin (ötən il 66,4%), ağır növ cinayətlərin 75,5%-nin (ötən il 73,0%), bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin isə 56,8%-nin (ötən il 55,9%) açılması təmin olunub.

Bununla yanaşı, hesabat dövründə qeydə alınmış 444 şəxsiyyət əleyhinə cinayətdən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 89,9%-nin (ötən il 86,4%), o cümlədən qəsdən adam öldürmələrin (ötən il 85%), eləcə də adam öldürməyə cəhdlərin, zorlamaların (ötən il 83,3%) hamısının açılması təmin olunmuş, keçən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin açılması 1,8%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətləri 5,7%, mülkiyyət əleyhinə cinayətlər 2,8%, xüsusi əmlak oğurluqları 4,3%, o cümlədən mənzil oğurluğu 3,1%, dələduzluq cinayətləri 4,9%, zorlama cinayətlərinin açılması 16,7%, hədə-qorxu ilə tələb etmələr 66,6%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 1,2% yaxşılaşıb.

Hesabat dövründə 18 soyğunçuluq və quldurluq cinayəti törətmiş 38 nəfərdən ibarət 15 qrup, eləcə də 29 mənzil oğurluğu cinayəti törətmiş 27 nəfərdən ibarət 12 qrup ifşa edilib, həmçinin bu müddətdə aşkar edilmiş 380 fakt üzrə qanunsuz dövriyyədən 108 kq 284 qram (ötən il 72 kq. 616 qr) narkotik vasitə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi