​Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən qardaşlara hökm oxunub

​Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən qardaşlara hökm oxunub Saleh Rəcəbov 13 il, Valeh Rəcəbov isə 14 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
2 Fevral , 2016 16:46
​Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən qardaşlara hökm oxunub

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Saleh Rəcəbov və onun qardaşı Valeh Rəcəbovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Rəcəbov 13 il, V.Rəcəbov isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki qardaş hədə-qorxu ilə tələb etmədə təqsirli bilinib. S.Rəcəbov və V.Rəcəbov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi